Yazılmış musiqili əsərin ictimai yerlərdə kütləvi ifası qanunvericiliklə müəyyən edilir və bu tələblərə əsasən yazılmış musiqili əsərin ictimai yerlərdə kütləvi ifası üçün hər bir hüquq sahibinin adından icazənin alınması tələb olunur. Qanuna əsasən istifadəçilər barlar, gecə klubları, mağazalar, otellər, ofislər, fabriklər, idman zalları, məktəblər, universitetlər, TV, radio, yerli hakimiyyət orqanları və s. kimi müxtəlif ola bilər.
Həm azərbaycanlı, həm də beynəlxalq hüquq sahiblərinin rəsmi nümayəndəsi olan RAYS, istifadəçilərə hüquq sahibləri adından tələb olunan icazəni vermə imkanına malikdir. Bunun nəticəsində istifadəçilərə vaxta qənaət etməyə kömək edir, minlərlə ifaçı və digər hüquq sahibləri ilə birbaşa danışıqlar aparılması üçün görülən əlavə tədbirlərin qarşısını alır.
İcazəyə nə vaxt ehtiyacınız var?
Musiqinin televiziyada yayımlanması
Televiziya sahibi olduğunuz halda, televiziya yayımınızda kommersiya məqsədi ilə buraxılmış musiqili əsərlərdən istifadə edirsinizsə, RAYS tərəfindən verilmiş icazəyə ehtiyacınız olacaqdır.
Ödəniləcək tarif dərəcələri haqqında ətraflı məlumat
Musiqinin radioda yayımlanması
Kommersiya məqsədi ilə buraxılmış musiqili əsərlər radio yayımınızın bir hissəsidirsə, bu halda RAYS tərəfindən verilən icazənin alınması tələb olunur.
Ödəniləcək tarif dərəcələri haqqında ətraflı məlumat
Otel, restoran, kafe və ya bar sahibisinizsə və sizin sahib olduğunuz məkənda kommersiya məqsədi ilə buraxılmış musiqili əsərlər ifa olunursa, sizə RAYS tərəfindən verilmiş icazə lazımdır.
Ödəniləcək tarif dərəcələri haqqında ətraflı məlumat
Ərzaq və qeyri-ərzaq mağazalarında, ticarət mərkəzlərində və digər ticarət obyektlərində musiqini istifadə edirsinizsə, RAYS tərəfindən verilən icazə tələb olunur.
Ödəniləcək tarif dərəcələri haqqında ətraflı məlumat