Musiqi istifadə edilməyən bir mağazada olmusunuzmu? Çox güman ki, yox. Amma belədirsə, təəssüratınız necə olub? Yəqin ki, sizdə digər insanlar kimi özünüzü narahat hiss edər və bir az ətrafa baxdıqdan sonra mağazadan tez ayrılıb daha ürəkaçan bir mağazaya üz tutardınız.
Mağazada işləyən hər kəs bilir ki, alıcıların arzuolunan qonaq kimi hiss etdirilməsi üçün ticarət obyektlərində dekorasiya və işıqlandırma ilə yanaşı arxa fonda səslənən musiqi də böyük rol oynayır.
Əminik ki, ticarət obyektlərinin sahibləri onların bizneslərində musiqinin ayrılmaz bir hissəsi olma faktını inkar etmir və yerli qanunvericiliyə və beynəlxalq təcrübəyə uyğun olaraq, ticarət obyektlərində musiqili əsərdən istifadəsi lisenziyalaşdırılmalıdır və həmin musiqili əsərlərin hüquq sahibləri müvafiq qonorar əldə etməlidirlər.