Musiqi HoReCa sektoru üçün faydalıdır və bu sektorun nümayəndələri dəqiq bilirlər ki, musiqi onlar üçün müştərilərinin məmnuniyyətini və məkanın imicini formalaşdırmaq üçün təməl daşdır. HoReCa sektorunda arxa fonda səsləndirilən musiqi ilə bağlı elmi araşdırmalar göstərir ki, musiqi satışlara böyük müsbət təsir edir, əsasən də qonaqların daha çox alış-veriş etməsinə səbəb olur.
İstifadə olunmuş musiqinin gəlirinizə təsirini nəzərə alsaq, sözügedən musiqilərinin hüquq sahiblərinin qanunvericiliklə müəyyən edilmiş qaydada iaşə sektoru tərəfindən qonorarın alınması ədalətli olacaqdır.
Bunun üçün RAYS ilə müqavilə imzalamaq və təmsil etdiyimiz hüquq sahibləri arasında bölüşdürüləcək müvafiq qonorarın RAYS-a ödənilməsi tələb olunur.