Rəqabət üstünlüyü yaradan və bazarda əsas meyarlardan biri olan müştərinin məmnuniyyəti daima saxlanılmalıdır. Musiqinin müştəri təəssüratına müsbət təsir göstərilməsi faktı xidmət sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən bilinir və danılmaz qəbul olunur.
Xidmət sektorunun nümayəndəsi fəaliyyət göstərdiyi sahədə musiqinin əhəmiyyətini və musiqinin alıcının davranışına təsirini qəbul edir. Müştərilərin özlərini rahat hiss edəcəkləri atmosferin yaradılması və xidmət göstərən məkanların tanınması üçün həmin xidmət sektorunun nümayəndəsi tərəfindən əsas elementlərdən biri kimi musiqili əsərlərdən istifadə olunur.
Musiqili əsərlərin xidmət sektoruna bu cür təsiri sektor tərəfindən qiymətləndirilməlidir, ifaçılara və hüquq sahiblərinə onların musiqisindən istifadə etdiklərinə görə müvafiq qonorar ödənilməlidir.