Təşkilatın öz fəaliyyəti və layihələri ilə bağlı ailə dairəsinə və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslərin xeyli sayda olduğu yerdə musiqili əsərlər ifa olunursa, belə musiqidən istifadə qanunvericiliyə uyğun olaraq olmalıdır. Bu səbəbdən, sözügedən təşkilatlar bu məqsədlə RAYS ilə müqavilə bağlamalı və müvafiq qonorar ödəməlidirlər. Həmin qonorarlar bizim təmsil etdiyimiz hüquq sahibləri arasında bölüşdürüləcəkdir.